Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmrinə əsasən, polis mayoru Elnur Quliyev Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi təyin edilib. O, bundan əvvəl Ucar Rayon Polis Şöbəsinin DYP-nin rəisi vəzifəsində çalışıb.