Xəbər lenti

Vilayət Eyvazov DYP-nin məşhur əməkdaşının vəzifəsini və rütbəsini artırdı (FOTO)
Ölkə15:34 07.10.2022

Vilayət Eyvazov DYP-nin məşhur əməkdaşının vəzifəsini və rütbəsini artırdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli yeni vəzifəyə təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, T.Nəsirli BDYPİ-nin İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru təyin olunub.
Bundan başqa, nazirin digər əmri ilə ona polis kapitanı rütbəsi verilib.
BDYPİ-dən "Report"a fakt təsdiqlənib.