Xəbər lenti

Vilayət Eyvazovdan Həsən Şirinovun yerinə təyinat (FOTO)
Ölkə12:55 03.02.2020

Vilayət Eyvazovdan Həsən Şirinovun yerinə təyinat (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyinat olub.
Qaynarinfo-nun Report-a istinadən xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib.
Qeyd edək ki, N.Məmmədxanlı bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.
BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov yanvarın 31-də təqaüdə göndərilib.