Xəbər lenti

Vilayət Eyvazov Narkotiklərlə Mübarizə İdarəsini ləğv etdi
Ölkə08:59 03.03.2020

Vilayət Eyvazov Narkotiklərlə Mübarizə İdarəsini ləğv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Daxili İşlər Nazirliyində dəyişiklik olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsi ləğv edilib.
Ləğv edilən idarə və şöbənin vəzifələri DİN-in müvafiq idarə və baş idarələrinə həvalə olunub.
Həmin qurumların əməkdaşları də DİN-in digər şöbələrində işlə təmin ediliblər.
Qeyd edək ki, bununla bağlı ilk xəbəri yenisabah.az saytı yayıb.