Xəbər lenti

Vilayət Eyvazov rəisi, müavinini və əməliyyatçıları işdən çıxardı
Ölkə08:11 26.08.2020

Vilayət Eyvazov rəisi, müavinini və əməliyyatçıları işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb.
Qaynarinfo-nun unikal.org-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.
Xəbəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən təsdiqləyiblər.