Xəbər lenti

Vilayət Eyvazovdan bütün rəhbər heyəti işdən çıxarılan şöbəyə təyinat
Ölkə05:38 21.07.2020

Vilayət Eyvazovdan bütün rəhbər heyəti işdən çıxarılan şöbəyə təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.
Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Arif Hüseynov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə O, Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, V.Eyvazovun əmri ilə Ağstafa RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.