Xəbər lenti

Vilayət Eyvazovdan təqaüdə göndərilən rəisin yerinə təyinat
Ölkə11:38 11.09.2021

Vilayət Eyvazovdan təqaüdə göndərilən rəisin yerinə təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nizami Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis təyin olunub. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının komandiri,  polis mayoru Yusif Hüseynov Nizami DYP Şöbəsinə rəis təyin edilib. 
Qeyd edək ki, iyul ayında Nizami DYP Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Firdovsi Yusubov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Əhməd