Xəbər lenti

Vilyam Hacıyevin iddiası rədd edildi
Ölkə08:51 28.06.2013

Vilyam Hacıyevin iddiası rədd edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Səbail rayon Məhkəməsində Nurəddin Bağırovun sədrliyi ilə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin Vətəninfo.az xəbər portalına qarşı mülki qaydada qaldırdığı iddia ilə bağlı məhkəmə prosesi davam edib. 

Qaynar.info-nun məlumatına görə, məhkəmədə qarşı tərəf irəli sürdüyü iddianın təmin olunmasını tələb edib. 

Xəbər portalının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı portala qarşı qaldırılan iddianın əsassız olduğunu və qarşı tərəfin irəli sürdüyü iddianın rədd edilməsini tələb edib.

Məhkəmə heyəti 10 dəqiqəlik müşavirədən sonra yekun qərarı səsləndirib. 

Məhkəmə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin iddiasını rədd edib.

Qaynar.info