Xəbər lenti

Vitse-prezident 18+ videoya görə həbs olundu
Ölkə14:50 01.08.2015

Vitse-prezident 18+ videoya görə həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Doktor Haus”, “Zena – müharibələrin şahzadəsi” filmlərinin rejissoru və Amerika Rejissorlar Gildiyasının vitse-prezidenti Ceyson Ceys həbs olunub.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb rejissorun azyaşlı uşaqların iştirakı ilə lentə alınan pornoqrafik videoları internetə yerləşdirməsidir.
Polis axtarış tədbirlərinə start verdikdən sonra videoların yükləndiyi kompüterin İP ünvanını tapmağa müvəffəq olub. Kompüterin Ceyson Ceysə aid olduğunu öyrənən polis bir müddət onun fəaliyyətini izləyib. Məlum olub ki, 6-8 və 12-13 yaşlı uşaqların pornoqrafik videosunu yerləşdirən şəxs 51 yaşlı rejissorun özüdür.
Rejissor hazırda 10 min dollar ödəməklə polis nəzarətində müvəqqəti azadlığa çıxıb. Məhkəmə noyabr ayında baş tutacaq.
Qaynar.info