Xəbər lenti

Vitse-spiker: Uşaqların sayı 1 milyon olacaq, 50 minə yaxın müəllimin ixtisar gedəcək
Ölkə 13:55 13.03.2026

Vitse-spiker: Uşaqların sayı 1 milyon olacaq, 50 minə yaxın müəllimin ixtisar gedəcək

"Bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı 1 milyon olacaq. Bu da 50 minə yaxın müəllimin ixtisarı riskini də yaradır".

Qaynarinfo  xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.

Əli Əhmədov qeyd edib ki, bir neçə ildə Azərbaycanın artım tempində azalma müşahidə olunur. 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub: 

"2015-ci ildə orta məktəblərdə 1.5-1.6 milyon uşaq təhsil alırdısa, bir neçə il sonra məktəblərdə təhsil alan uşaqların sayı 1 milyon olacaq. Bu da 50 minə yaxın müəllimin ixtisarı riskini də yaradır. Bir neçə on il sonra isə pensiyada olan əhali ilə işləmək qabiliyyəti olan əhali arasında nisbətdə ciddi dəyişiklik olacaq. Güman edirəm ki, 2026-cı ildə və sonrakı illərdə Əli müəllimin başlığı ilə hökümət demoqrafik məsələlərə diqqəti artırmış olacaq”.
 
Qafqaz Rafiqoğlu
--> -->