Xəbər lenti

Viza almaq qaydaları dəyişdi
Ölkə09:20 21.06.2013

Viza almaq qaydaları dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda ölkədən getmək və ölkəyə gəlməklə bağlı vizaların alınması qaydaları dəyişdirilib.

Milli Məclisin iyunun 21-də keçirilən növbədənkənar iclasında bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək, pasportlar haqqında" qanuna dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, vizaların alınması üçün dövlət rüsumunun ödənilməsi üçün qəbz ləğv olunub. Bunun əvəzində vizalarla bağlı rüsumun ödənilməsi üçün ayrıca xüsusi formalı sənəd tərtib olunacaq və viza almaq istəyən şəxslər bu sənədi hazırlayıb təqdim edəcəklər. 

Qaynar.info