LDPR
lideri Vladimir Jirinovski parlament iclasında qanunsuz maddələrin "dadına
baxdığını” etiraf edib.
Qaynarinfo
xəbər verir ki, Jirinovski narkotikin dadına baxmağı uşaqlıqda ona özündən
böyük yoldaşlarının təklif etdiyini deyib. Siyasətçinin sözlərinə görə, söhbətin
nədən getdiyini bilmədiyi üçün onlarla razılaşmalı olub.
"Gördüyünüz
kimi, mən ona öyrəşmədim. Bəs bir başqasının xoşuna gələrsə? Belə bir şeyə icazə
vermək olmaz”, - Jirinovski deyib.
Narkotiklərin
yayılmasına qarşı mübarizə aparmaq üçün millət vəkili narkotik satıcılarını ölkənin
ucqar bölgələrinə sürgün olunmasını təklif edib.
Alpər
Şərhlər