Xəbər lenti

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Ölkə16:42 25.08.2022

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Qaynarinfo xəbər verir ki, təbrikdə deyilir: 
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz dövlətlərimiz arasında bu il müttəfiqliyin yeni səviyyəsinə çıxan münasibətlərin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Əminəm ki, bir çox istiqamətlər üzrə ikitərəfli konstruktiv əlaqələr, xalqlarımızın dostluğu bundan sonra da möhkəmlənəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və uğurlar arzulayıram. Səmimi salamlarımı İlham Heydər oğluna və bütün ailənizə çatdırmağınızı xahiş edirəm".