Xəbər lenti

Vladimir Putin: “Rosneft” və SOCAR “Qoşadaş”ın kəşfiyyatına və mənimsənilməsinə başlayacaq"
Ölkə18:10 27.09.2018

Vladimir Putin: “Rosneft” və SOCAR “Qoşadaş”ın kəşfiyyatına və mənimsənilməsinə başlayacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rosneft” və SOCAR yaxın vaxtlarda "Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq".
"Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda Rusiyanın energetika korporasiyaları uğurla işləyirlər: "Bu barədə artıq deyilib, "Rosneft” şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda "Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq. "LUKoil” Azərbaycanın enerji layihələrinə 4 milyard dollara yaxın sərmayə qoyub. Bu barədə də burada deyildi. Bizim neftin nəqli üzrə gələcək inhisarımız olan "Transneft” Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracının etibarlı tranzitini təmin edir".