Xəbər lenti

Övladları Elçibəylə bağlı müraciət edəcək
Ölkə10:23 03.06.2016

Övladları Elçibəylə bağlı müraciət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qardaşım Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi ilə bağlı hələ dövlət komissiyasına müraciət etməmişəm. Bir az başım qarışıqdı. Amma bunu gerçəkləşdirməyə çalışacam”.

Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. Almurad Əliyev bu barədə evdəkilərlə söhbət etdiyini də deyib.

“O gündən sonra bu məsələ ilə evdəkilərlə danışdım. Elçibəyin adının əbədiləşdirilməsi üçün uşaqlar da müraciət etməyi düşünür”.

Qeyd edək ki, bu vaxta qədər mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi barədə heç bir təşəbbüs göstərilməyib.

Qaynarinfo.az