Xəbər lenti

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng etdi
Ölkə19:52 15.02.2023

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə  Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib.
Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər.