Xəbər lenti

Volqoqradda 700 nəfər saxlanılıb
Ölkə06:52 09.01.2014

Volqoqradda 700 nəfər saxlanılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ölkə Daxili İşlər Nazirliyi Volqoqrad vilayətində antiterror əməliyyatı həyata keçirib

Rusiyanın Volqoqrad vilayətində baş verən terror hadisələrində şübhəli bilinən 700-dən çox insan polis tərəfindən saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkə Daxili İşlər Nazirliyi Volqoqrad vilayətində antiterror əməliyyatı həyata keçirib.

Əməliyyatlar nəticəsində terror aktları zamanı hadisə yerində olan insanlar şübhəli qismində saxlanılıb. Nazirlikdən bildiriblər ki, məsələ ilə əlaqədar 6 minə yaxın obyektdə və 2500-ə yaxın mənzildə aradırma aparılıb. Verilən məlumata görə, polis əməliyatlar zamanı terror hadisələrində iştirak etməkdə şübhəli bilinən 12 cinayətkarı da saxlayıb.

Xatırladaq ki, Volqoqrad vilayətində silsilə baş verən terror aktları zamanı 34 nəfəf həlak olub, yüzlər insan isə xəsarət alıb


Qaynar.info