Xəbər lenti

Volqoqradda azərbaycanlıları güllələdilər
Ölkə05:28 19.01.2018

Volqoqradda azərbaycanlıları güllələdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Volqoqrad şəhərində baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, daha üç nəfər isə yaralanıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Krasnoarmeysk rayonunda qeydə alınıb.
Münaqişə saat 19:05 radələrində "Russkiy çay” kafesinin yaxınlığında baş verib. 
İlkin məlumata əsasən, bir qrup qafqazlı qara rəngli avtomobildə binanın həyətində dayanan dörd nəfərə – rus, çeçen və iki azərbaycanlı – yaxınlaşıb. Tərəflər arasında dava zamanı odlu silah və bıçaqdan istifadə olunub. Nəticədə 1993-cü il təvəllüdlü gənc atışma zamanı ölüb. Daha üç nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hücum edən şəxslər hadisə yerindən qara rəngli "Toyota Land Сruiser” markalı avtomobildə qaçıblar. KİV-in məlumatına görə, sonradan onlar Petrov adına zavodun yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. İnsidentin təfərrüatları araşdırılır.
Faktla bağlı cinayət işi açılıb.