Xəbər lenti

Vurulduğum ilk qəhrəman öldü...
Ölkə11:14 13.04.2013

Vurulduğum ilk qəhrəman öldü...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elnaz Eyvazlı

Uşaq vaxtı bir balaca surətpərəst olmuşam. Daxili gözəlliklə yanaşı,insanın xarici gözəlliyini də önəmli sanırdım. Zaman keçdikcə anladımki, yar-yaraşıq, görkəm heç də əsas deyil. Əsas olan insanın gözəlmənəviyyata, cəsarətə, təmiz qəlbə malik olması və ən əsası vicdanlıolmasıdır. Ancaq bunları anlayana qədər mən Onu sevirdim...

O,mənim “vurulduğum” ilk kişi obrazı idi. Onun simasında sevdim bütün qəhrəmanları. Hər dəfə filmin sonunu izləyəndə xısın-xısın ağlamaqdanözümü saxlaya bilmirdim. Belə etsə idi, ölməzdi, gərək damdan çıxmazdı,gərək özünü göstərməzdi, qumbara atmasa idi, görməyəcəkdilər və s.bəlkələrlə özümü üzərdim.

Düşüncələrimdəki qəhrəman idi O: Vətən bildiyi torpaq uğrunda canından keçən, iti baxışlı, düz-dürüst, dostcanlı, ağıllı...

Deyirlər,belə adamlar ancaq nağıllarda, kitablarda olur, həyatda yox. Həmişəqəhrəman axtarırdım həyatda. Elə bilirdim ki, kişi mütləq mübariz,məqsədi uğrunda döyüşən, cəsarətli, qorxmaz, həyatdan nə istədiyinibilən və mütləq qəhrəman olmalıdır. Makedoniyalı İsgəndərinə,Axillesinə, Spartakına qədər tarixi qəhrəmanları təsvir edən bütünfilmləri izlədim. Heç vaxt belə qəhrəmanların şişirdildiyinə, yalnızfilmlərdə və bədii əsərlərdə olduğuna inanmadım. İnandım ki, ONLARhəyatda da var!

O yaratdığı bu obrazlaneçə-neçə tamaşaçının qəlbini fəth etdi. Oynadığı onlarla obraz bir yanaoldu, mənim sevimli Mixaylom bir yana.

Mən hər dəfə  onun ölüm səhnəsinə ağlayanda anam deyirdi  ki, kinodur da, niyə ağlayırsan, doğrudan ölmədi ki...

O, dünən öldü. Ancaq bu dəfə Mixaylo kimi yox. Filmdə necə deyirdi: “Əvvəla mən özgə adla yox, öz adımla ölərəm!”  

"Cənab Şults, bu, nə iblis, nə də şeytandır.  Bu dəfə, doğrudan da, onun özüdür..."