Xəbər lenti

Vüsal Novruzovla bağlı şok iddia
Ölkə10:14 28.08.2013

Vüsal Novruzovla bağlı şok iddia

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Baş Gömrük İdarəsində müdhiş korrupsiya hallarının yaşadığı kimsəyə sirr deyil. Bu dövlət qurumuna yolu düşən istənilən şəxs qısa müddət ərzində hansı məngənin içində olduğunu anlayır. Çünki qapısından rəisinin otağının qarşısına qədər hər yerdə tələb olunan pulların heç biri dövlət rüsumu deyil.

JAM.Az xəbər verir ki, hazırda ölkəyə gətirilən mal və məhsulların böyük bir qismi ayrı-ayrı şirkətlərin hesabına sənədləşdirilir. Bunun həyata keçirilməsi isə onunla bağlıdır ki, həm külli miqdarda dövlət rüsumundan yayındırılır, həm də böyük məbləğdə rüşvət almaq üçün imkan yaradırılır.

Belə ki, əgər sahibkar Rusiya və ya Ukraynadan günəbaxan toxumu və ya başqa bir məhsul gətirirsə, onun ölkəyə keçirilməsi əngələ çevrilir. Bu zaman Bakı Baş Gömrük İdarəsində həmin sahibkara təklif olunur ki, dövlət rüsumu 2500 dollar olan bu məhsul üçün 25 min dollar ödəməlidir. Həmin məbləği ödəməyə gücü çatmayan sahibkar da əlavə çıxış yolları axtarır. Və bu zaman birbaşa Bakı Gömrüyünün rəisi Vüsal Novruzovun şirkətinə çıxarılır.

Hazırda bu işləri Bakı Gömrüyündə həyata keçirən əsas şirkət «Aqroazerinvest»dir. Odlar Yurdu Universitinin yaxınlığında, Boks Federasiyasının binasında qərarlaşmış bu şirkətin işi maklerlikdir. Belə ki, xaricdən mal gətirənlər Vüsal Novruzovun bu şirkətinə üz tutur və gömrükdə 25 minə görülən işləri burada 20-22 min dollara həll edirlər.

Araşdırmalar zamanı o da məlum olub ki, bu şirkətin yaradılması əlavə pullar qazanmaq üçün nəzərdə tutulub. Məqsədli şəkildə Vüsal Novruzov tərəfindən yaradılmış bu şirkətin əsas missiyalarından biri də pulu yığaraq onu vaxtında Bakı Gömrüyünün rəisinə çatdırmaqdır.

«Aqroazerinvest» şirkətinin Boks Federasiyasının binasında yerləşdirilməsi də məqsədsiz deyil. Məlumatlara görə, Vüsal Novruzov bunu ona görə edib ki, sözügedən şirkəti FHN şefi Kəmaləddin Heydərovla bağlasın. Çünki Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovdur və onun rəhbəri olduğu qurumun binasında belə bir şirkətin varlığı da elə həmin firmanın onun olduğunu nümayiş etdirir. Bir sözlə, Vüsal Novruzov bu hərəkəti ilə bir güllə ilə iki dovşan vurub.

Qaynar.info