
Xəbər verildiyi kimi, İranın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (5+1) ilə apardığı nüvə müzakirələrində razılıq əldə edilib və müqavilə imzalanıb.
Müqaviləyə əsasən nüvə tədqiqatlarının dayandırılmasının əvəzində İrana tətbiq olunan sanksiyalar zəiflədiləcək.
Politoloq Ərəstun Oruclu dünya gündəmini zəbt edən bu informasiyaya münasibət bildirib.
O, AzNews.az-a deyib ki, Vyanada İran və beynəlxalq “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında razılığın əldə olunması bütövlükdə İrana, həmçinin Cənubi Azərbaycan və orada yaşayan azərbaycanlılara müsbət təsirini göstərəcək: “Zənnimcə, bu razılaşmanın Azərbaycana necə təsir edəcəyi də maraqlıdır. Bu saziş nəticəsində İranın özü də müəyyən qədər dəyişəcək və daha bu günkü İran olmayacaq, demokratikləşmə prosesinə də start veriləcək. Ən əsası isə bu ölkənin Azərbaycana qarşı mövqeyi də dəyişəcək”.
Qaynar.info