Xəbər lenti

“WhatsApp” daha bir yenilik edəcək
Ölkə17:18 08.06.2016

“WhatsApp” daha bir yenilik edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Facebook” sosial şəbəkəsinə məxsus “WhatsApp” messencerində tezlikdə GIF formatlı animasiyalara baxış keçirmək mümkün olacaq.
Bütün populyar messencer xidmətlərində “gifok” olmasına baxmayaraq, bir milyarddan çox istifadəçisi olan “WhatsApp” bu tətbiqə hələ indi başlayır.
İstifadəçilər ən azı animasiya şəklinə baxmaq üçün brauzer açmalı olmayacaqlar.
@WABetaInfo qeyd edir ki, GIF formatlı faylları eyni zamanda adi şəkil kimi də yaddaşda saxlamaq olacaq.
iOS üçün “WhatsApp”ın yeni variantı yaxın zamanlarda çıxacaq. (qafqazinfo)
Qaynarinfo.az