Xəbər lenti

“WhatsApp” məlumatlarınız “Facebook”da - ehtiyatlı olun
Ölkə15:55 25.08.2016

“WhatsApp” məlumatlarınız “Facebook”da - ehtiyatlı olun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Facebook” tərəfindən satın alınan “WhatsApp” bundan sonra əsas şirkətinə məlumat ötürməyə başlayacaq.

Technote xəbər verir ki, “WhatsApp” profil şəkliniz, profil adınız, telefon nömrəniz və statusunuz “Facebook” ilə paylaşılacaq.

Hər hansı bir mesaj məlumatının verilməyəcəyi də qaydalara əlavə edilib. Yəni “WhatsApp” mesajlarınız “Facebook” ilə paylaşılmayacaq.

Təbii ki bu, sizə daha yaxşı bir reklam təklif edə bilmək üçün edilib. Paylaşılmasını istəmədiyiniz məlumatlar varsa onların gizli saxlamağa diqqət edin.(axşam.az)

Qaynarinfo.Az