Xəbər lenti

“WhatsApp” qadağan oluna bilər!
Ekonomiks19:09 14.01.2015

“WhatsApp” qadağan oluna bilər!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin Baş naziri Devid Kameron, May ayında İngiltərədə keçiriləcək ümumi seçkilərdə yenidən seçilsə, "WhatsApp”, "iMessage” və "Snapchat” kimi mesajlaşma tətbiqlərini qadağan edəcəyini bildirib.

Texnobaz.com xəbər verir ki, Kameronun fikrincə adları çəkilən mesajlaşma tətbiqlərinin mesaj məzmunlarını gizli saxlaması və lazım olanda kəşfiyyat xarakterli yazışmaya şərait yaratması, terrorçu qruplar üçün xeyli maraqlı ola bilər.

Kameron hökuməti, digər tərəfdən mobil operatorların və ISP istifadəçilərin onlayn fəaliyyətləri və mesajlarına aid daha çox qeydiyyatı əldə tutmağın da zəruri olduğunu bildirib. Kameron hal-hazırda yüz milyonlarla insan tərəfindən istifadə edilən "WhatsApp” və "Snapchat”ın necə qadağan edilməsi haqda fikirləşir. Hökumət qadağa üçün 2016-ci ildən etibarən hərəkətə keçəcəyini bildirib.

Qaynar.info