Xəbər lenti

“WhatsApp”da çoxdan gözlənilən funksiya istifadəyə verildi
Ölkə18:45 31.05.2018

“WhatsApp”da çoxdan gözlənilən funksiya istifadəyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"WhatsApp” messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.
Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.
Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə basmaq lazım gələcək.
"WhatsApp”da qrup şəklində videodanışıq funksiyasından ilkin olaraq "iOS”, daha sonra "Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlanmağa başlayıb.