Xəbər lenti

Dünya 14:55 21.04.2024

WP: Rusiya aktivlərinin müsadirəsi ilə bağlı Qərbdə konsensus yoxdur

Qərb ölkələri Rusiyanın dondurulmuş suveren aktivlərini Ukraynanın maliyyələşdirilməsi üçün orta və uzunmüddətli həll yolu kimi nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindəki mənbə "The Washington Post"a bildirib

Onun sözlərinə görə, bütün müttəfiqlər razılaşır ki, Kiyev üçün daha çox iş görülməlidir, lakin bunu necə etmək barədə konsensus yoxdur.

Qəzet qeyd edir ki, Avropa rəsmiləri Rusiyanın aktivlərini müsadirə etməkdən imtina edirlər. Onlar bunun beynəlxalq hüququ pozacağından, investorları avroya etibar etməkdən çəkindirəcəyindən və Rusiyadan qisas alacağından qorxurlar. Dondurulmuş aktivlərin böyük əksəriyyəti Avropada olduğundan Avropa rəsmiləri ABŞ-ın riskli hesab etdikləri hərəkətlərdə israr etməsindən narazıdırlar. Bu baxımdan, Rusiyanın cavab tədbirləri ilk növbədə köhnə dünyaya yönələcək. Avropa İttifaqı da qorxur ki, Rusiya aktivlərinin müsadirəsi qitədən kapital axınına səbəb olacaq.

Qəzet xatırladır ki, ABŞ-ın maliyyə naziri Canet Yellen bu həftə Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası çərçivəsində avropalı həmkarları ilə görüşüb. Onun Rusiya aktivləri məsələsində kompromis tapacağına ümid etdiyi iddia edilir.

Eyni zamanda, Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard bəyan edib ki, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsinə dair bütün təkliflərin hüquqi riskləri var. Onun fikrincə, aktivlərin dondurulmasından onların müsadirəsinə keçmək "müdafiə etmək istədiyiniz beynəlxalq nizamın pozulması ilə nəticələnə bilər".

ABŞ Konqresinin Nümayəndələr Palatası bir gün əvvəl, aprelin 20-də Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini, həmçinin Kiyevə və digər müttəfiqlərə hərbi yardım göstərilməsini özündə əks etdirən geniş qanun layihəsini təsdiqləyib. ABŞ prezidenti Co Bayden Senatı tez bir zamanda sənədi təsdiqləməyə və layihəni imza üçün ona təqdim etməyə çağırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->