Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) bu rayonda məktəbli qızın zorlanması barədə yayılan məlumatlara reaksiya verib.
RPŞ-nin istintaq bölməsinin rəisi Əhməd Nəcəfov virtualaz.org saytına açıqlamasında faktla bağlı cinayət işi başlandığını, müvafiq araşdırmaların aparıldığını deyib:
“Bu gün ekspertizanın rəyi də məlum oldu. Ekspertizanın rəyinə görə, 8-ci sinif şagirdinin təcavüzə məruz qalması faktı öz təsdiqini tapmayıb, zorlama əlamətləri müşahidə edilməyib”.
Fanat.az