Video 21:29 02.02.2023

Xaçmaz rayonunda fəaliyyət göstərən sahibkarların müraciətləri dinlənildi  (VİDEO)

"Bura gəlişimizin əsas məqsədi siz sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həllinə nail olmaqdır”.

Bu sözləri SOCAR "Azəriqaz” İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev "Açıq mikrofon” aksiyasında bildirib.

Daha sonra KOBİA-nın nümayəndəsi sahibkarlara üz tutaraq üzləşdikləri problemlərin həllində köməklik göstərməyə hazır olduqlarını qeyd edib. Növbə sahibkarlara çatıb. Asif Şıxəliyev, Qiyas Salayev və Qalib Zeynalovun müraciətləri eyniyönümlü olub.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Ətraflı video materialda: