Xəbər lenti

Xaçmaza yeni prokuror təyin olundu
Ölkə17:57 17.07.2014

Xaçmaza yeni prokuror təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaçmaz rayonuna yeni prokuror təyin edilib. 

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yaşla əlaqədar işdən çixarılan keçmiş prokuror Yusif Cəlillinin yerinə bu gün təyinat olub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin bildirdiyinə görə, bu gün Respublika Baş Prokuroru Zakir Qaralovun əmri ilə Elxan Əbdülrəhmanov Xaçmaz rayonuna prokuror təyin edilib.

Elxan Əbdülrəhmanov bu vəzifəyədək Korrupsiyaya qarşı mübarizə idarəsində müstəntiq işləyib.

Qaynar.info