Xəbər lenti

Xaçmazda 30 yeşik alma yola dağıldı (VİDEO)
Ölkə13:01 10.03.2019

Xaçmazda 30 yeşik alma yola dağıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz rayonunda yol ilə hərəkətdə olan avtomobilin yükü yerə dağılıb.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, Xaçmaz-Quba yolunun 7-ci km-də "Qazel" markalı avtomobilin arxa qapısı açılıb və 30 yeşik alma yola dağılıb.
Yükün sahibi olan Zaur Mehdiyev almaları Xaçmaz rayonunun kəndlərindən alaraq, satmaq üçün Sumqayıt şəhərinə aparırmış. Ona təqribən 500 manatdan çox maddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.