Xəbər lenti

Xaçmazda 4 nəfər bıçaqlanıb
Ölkə17:13 26.12.2013

Xaçmazda 4 nəfər bıçaqlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Xaçmaz rayonunda 4 nəfər müxtəlif bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bıçaqlanan şəxslər 1993-cü il təvəllüdlü Təhməzov Əli Əkbər oğlu, 1996-cı il təvəllüdlü Təhməzov Məmməd Malik oğlu, 1996-cı il təvəllüdlü Təhməzov Mustafa Malik oğludur.
 
Bu gün axşam saatlarında Xaçmazda daha bir bıçaqlanma faktı qeydə alınıb. Xaçmaz şəhər sakini 1973-cü il təvəllüdlü Poladova Yeganə Arif qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Hər iki faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. Hadisələrin səbəbləri araşdırılır.

Qaynar.info