
Xaçmazın Tel kəndində yanğın baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın biçilmiş taxıl zəmilərində başlayıb və hələ də davam edir.
Xaçmaz Dövlət Yanğından Mühafizə xidmətinin rəis müavini Mehbala Musayevin sözlərinə görə, yanğının qonşu Yalama kəndinə də keçmə ehtimalı olduğundan əraziyə Quba, Qusar rayonlarından da yanğınsöndürənlər cəlb ediləcək.Yanğın Xaçmazda daha əvvəl də baş vermişdi. Hadisə iyulun 27-də günorta saat 14:20-də Xaçmazda yerləşən və fəaliyyətini uzun illər əvvəl dayandırmış konserv zavodunda olmuşdu. Zavodun ərazindəki hektarla ərazidəki quru ot və kol-kosdan başlayan yanğın köhnə tikililərə də keçmişdi.
Qaynar.info




