Xəbər lenti

Xaçmazda güclü yanğın
Ölkə05:40 24.06.2015

Xaçmazda güclü yanğın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz rayonunda yanğın olub. Qaynar.info Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonun Üçgünqışlaq kəndində (rayon mərkəzimdən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ərazidə baş verib.
Ümumi sahəsi 32 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 3,6 ton ot bağlamasının 2 tonu yanıb. Alov ona bitişik tikilmiş, digər vətəndaşa məxsus əraziyə keçib. Nəticədə ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və altında yığılmış 4,5 ton ot bağlamasının 2,5 tonu yanıb.
Hər iki ot bağlamasının qalan hissəsi və yaxınlıqda olan fərdi yaşayış evi yanğından mühafizə olunub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info