Xəbər lenti

Xaçmazda intihar etmək istəyən şəxs 500 dollar istədi - VİDEO
Ölkə08:06 21.01.2015

Xaçmazda intihar etmək istəyən şəxs 500 dollar istədi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaçmaz rayonunda intihara cəhd edən şəxs xilas edilib.

Qaynar.info APA TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayon sakini Ələkbərov Əbülfət Nöhbala oğlu intihar etmək məqsədilə Xaçmaz dəmiryolu vağzalının işıqlandırma dirəyinə çıxıb. 

Hadisə yerinə FHN-nin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar etmək istəyən şəxs hədələyib ki, kimsə dirəyə çıxmaq istəsə, özünü yandıracaq. O, hadisə yerinə gələn ailə üzvlərinin də yalvarışlarına məhəl qoymayıb.

Əbülfət Ələkbərov intihardan vaz keçmək üçün 500 dollar pul istəyib. İstədiyi pul verilib. Amma, o, pulu yenidən yerə atıb. Fürsətdən istifadə edərək onun ayağından tutan xilasedicilər Əbülfət Ələkbərovu xilas ediblər.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yerə endirilən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

Qaynar.info