Xaçmazda əxlaqsızlıq yuvası aşkarlanıb.
Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müqtədir qəsəbəsinin ərazisində qəsəbə sakini Saleh Şaxovun işlədiyi “Qrenline” istirahət mərkəzində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Qaynar.info