Xəbər lenti

Xaçmazda polis əməkdaşı faciəvi şəkildə öldü
Ölkə06:26 15.04.2018

Xaçmazda polis əməkdaşı faciəvi şəkildə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz-Hacıqurbanoba yolunda baş verib.
1990-cı il təvəllüdlü Məmmədov Adəm Yavər oğlunun idarə etdiyi 50 CM 264 markalı, "VAZ 2107" markalı maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində A. Məmmədov dünyasını dəyişib.
O, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.