Xəbər lenti

Xaçmazda qadın özünü yandırdı
Ölkə05:44 25.10.2013

Xaçmazda qadın özünü yandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaçmaz rayonunda 52 yaşlı qadın intihara cəhd edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Nazilə Nurəddin qızı Qabulova özünü yandırıb.
 
O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona bədənin müxtəlif 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra N.Qabulova müalicə üçün paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.
 
Qeyd edək ki, N.Qabulovanın özünü yandırmasının səbəbi oğlunun Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 3-cü dəfə 4,8 il müddətinə azadlıqdan məhrum edilməsi olub. Qərara etiraz edən qadın özünü yandırıb.


Qaynar.info