Xəbər lenti

Xaçmazda uşaq bağçasında yanğın - 3 ev yanma təhlükəsi altındadır
Ölkə14:40 19.06.2016

Xaçmazda uşaq bağçasında yanğın - 3 ev yanma təhlükəsi altındadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmazın Xudat şəhərinin Şollar qəsəbəsində yerləşən uşaq bağçasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə Xidmətindən "Report"un Şimal bürosuna verilən məlumata görə, hadisə yerinə rayonun özündən 2, Xudat və Qusardan isə ümumilikdə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Hazırda yanğın bağçaya bitişik evlərdən birinə də keçib. Yaxınlıqdakı daha 3 ev yanma təhlükəsi altındadır. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.
Qqaynarinfo.az