Xəbər lenti

Xaçmazın qalmaqallı "Telefonçu qız" abidəsi götürüldü - FOTO
Ölkə15:12 02.04.2017

Xaçmazın qalmaqallı "Telefonçu qız" abidəsi götürüldü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz rayonunun girişində qoyulmaqla böyük müzakirələrə yol açmış "Telefonçu qız" abidəsi  ərazidən götürülüb. 
Xaçmaz rayon  İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanovun İstipress-ə verdiyi məlumata görə,  yerindən götürülən heykəl Xaçmazda parklardan birinin ərazisində  qoyulacaq. Lakin o , abidənin hansı zərurətdən götürüldüyünü  açıqlamayıb.
Qeyd edək ki,son günlər  sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri Xaçmaz rayonun girişində inşa olunmuş bu abidə idi. Abidə ayağını ayağının üstündən aşırıb telefonla danışan müasir qıza həsr edilib. Sosial şəbəkədə bu abidə ilə bağlı rayon rəhbərliyini, abidənin ideya müəllifləri kəskin tənqid olunub. Bəziləri müasirliyi telefonla danışan xanımlarla asossasiya edilməyin xüsusi məqsəd daşıdığını, bəziləri isə dövlət büdcəsindən pul qoparmaq məqsədi daşıdığını yazırdı.
Qaynar.Az