İşə düzəltmə adı ilə daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.
Qaynarinfo xəbər verir ki, hadisə Mingəçevir şəhərində baş verib.
Samir adlı şəxs Mingəçevir sakinlərindən birindən 4000 manat alaraq onun həyat yoldaşını sözügedən şəhərdə fəaliyyət göstərən 17 saylı məktəbə xadimə düzəldəcəyini bildirib. Lakin sonradan vədini yerinə yetirməyib.
Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Samir saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilib. İşin məhkəmə istintaqı Mingəçevir Şəhər Məhkəməsində aparılıb.
Samir məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsrili bilib. O, əlavə edib ki, aldığı 4000 manatı şəxsi ehtiyaclarına xərcləyib. Həmin vaxt pulu olmadığına görə ziyanı ödəyə bilməyib. Lakin artıq dəymiş ziyan da ödənilib.
Məhkəmənin hökmü ilə Samirə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Seyid
Şərhlər