Xəbər lenti

“Xahiş edirəm, məni azadlığa buraxın” - Lamiyə+Foto
Ölkə09:29 13.02.2015

“Xahiş edirəm, məni azadlığa buraxın” - Lamiyə+Foto

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Apelyasiya Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyə Quliyevanın məhkəməsi olub. 

"Qafqazinfo"nun prosesi izləyən əməkdaşının verdiyi xəbərə görə, hakim Qədim Babayevin sədrliyi ilə Lamiyə Quliyevaya oxunan hökmdən Baş Prokurorluğun verdiyi  protestə baxılıb. 

***

Hakim bildirib ki, iş üzrə protest Baş prokurorun müavini Namiq Əsgərov tərəfindən verilib.

Lamiyə Quliyeva çıxış edərək azadlığa buraxılmasını xahiş edib: "Mən uşağımı azadlıqda böyütmək istəyirəm. Peşmanam. Cinayəti nahaqdan törətməmişəm, səbəb vardı. Gəncliyim hədər gedib. Məni bunları etməyə həyat məcbur etdi, insanlar məcbur etdi. Xahiş edirəm, heç kim məni qınamasın. Mən artıq yorulmuşam. Xahiş edirəm, məni azadlığa buraxın".

Növbəti məhkəmə prosesi fevralın 20-də keçiriləcək. 

Qeyd edək ki, Lamiyə Quliyeva Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək 10 il azadlıqdan məhrum edilib. Həbsxanada onun barəsində daha bir cinayət işi başlanıb. Lamiyə Quliyevaya Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası barədə hökm verib.

Qaynar.info