Xəbər lenti

Xalaoğlu dayısı oğlunu istəmədən qətlə yetirdi
Ölkə13:32 26.12.2015

Xalaoğlu dayısı oğlunu istəmədən qətlə yetirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zaqatalada 2 avtomobil iştirakı ilə yol qəzası baş verib. Hadisə Zaqatala-Yevlax-Gürcüstan magistral yolunun, Zaqatala şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini Elvin Həsənzadənin idarə etdiyi Lada Piriora avtomobili, Zaqatala şəhər sakini 27 yaşlı Hüseyin Bayramovun idarə etdiyi VAZ 2106 markalı avtomobil ilə toqquşub. VAZ 2106-nın sürücüsü xəstəxanaya aparılarkən yolda ölmüşdür. Pirioranın sürücüsü, Elvin Həsənzadə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasıda yerləşdirilmişdir. Xəstənin vəziyyəti orta ağırdır. 

Qeyd etmək lazımdır ki, Elvin həsənzadə və Hüseyin bayramov yaxım qohumdurlar.  Hadisə yerinə hüquq mqhavizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt ilə bağlı araşdırma aparılır. 

Tural Mahmudov

Qaynarinfo.Az