Xəbər lenti

Xaləddin İsgəndərov sakinləri Allahın ümidinə buraxıb?
Ölkə10:08 28.02.2014

Xaləddin İsgəndərov sakinləri Allahın ümidinə buraxıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binəqədi rayon sakinləri rayon İcra Hakmiyyətinə etiraz edirlər. 

Belə ki, bu rayonun adını daşıyan qəsəbənin bəzi küçələri hələki gözdən-könüldən uzaq qalıb. Binəqədi qəsəbəsinin M. Ələkbərov döngə 1 ünvanında yaşayan sakinlər küçədə kanalizasiya probleminin yağış yağan kimi yolu keçilməz etdiyindən narazıdırlar. 

Bununla bağlı sakinlər dəfələrlə mətbuata açıqlama veriblər. 

Bu gün rayon sakinlərinin movqe.az-a ünvanlanan məktubunda da bildirilir ki, M. Ələkbərov küçəsində kanalizasiya yağış yağan kimi daşıb yola tökülür. Üstəlik küçədə yağış barmaqçıqlarının olmaması üzündən bu küçənin sakinləri divarların dibi ilə özlərinə cığır salmaq məcburiyyətində qalıblar. Küçənin Esmira Nuriyeva adlı sakini bildirir ki, məktəblilər küçədən keçmək üçün öncə küçənin ortasında yaranmış gölməçəni keçməlidirlər: "Bu gölməçəni keçmək üçün uşaqlar çətinlik çəkirlər. Valideylər uşaqlarını qucaqlarına alıb gölməçəni keçirtməli olurlar. Yağış suları evlərin altına dolur. Camaat qapısını açıb içəri keçə bilmir. Nəcis axıb yola tökülür. Allah eləməsin küçədən keçəndə bir maşın keçsə, yanımızdan üstümüz çamura bulaşır".

Sakinlər məsələ ilə bağlı Binəqədi qəsəbə nümayəndəliyinə və bələdiyyəsinə müraciət etdiklərini, amma hələ ki, müsbət cavab almadıqlarını deyirlər. Onlar ümid edirlər ki, icra başçısı Xaləddin İsgəndərovdan problemin həllinə çalışacaq. 

Qaynar.info-ya müraciət edən bir qrup sakin isə İcra Hakimiyyətinə ünvanlanan şikayətlərin dəfələrlə cavabsız qaldığını deyərək yaxın günlərdə artıq Prezident Adminstrasiyasına müraciət edəcəklərini bildirirlər.

Qeyd edək ki, bir müddət öncə də bu məsələ ilə bağlı yazı dərc etmişdik. Ancaq görünən odur ki, Binəqədi rayon İcra Hakmiyyəti və icra başçısı Xaləddin İsgəndərov problemin həll olunmasına nəinki biganə yanaşır, həmçinin sakinlərin vəziyyətdən çıxarımasında maraqlı da deyil. Aydın görünür ki, burada yaşayan sakinlər Allahın ümidinə buraxılıb. 

Hazırda əməkdaşlarımız Binəqədi rayonundadır. Problemlə bağlı geniş reportajı da işıqlandıracağıq. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info