
Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun Şirvan şəhər Apelyasiya Məhkəməsində keçrilən məhkəmə prosesində daha bir qəribə hadisə baş verib.
Belə ki, Yadigar Sadıqovun vəkili Xalid Bağırov məhkəmə prosesindən heç bir əsas göstərilmədən kənarlaşdırılıb.
Bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb.
Yadigar Sadıqovun apelyasiya şikayəti isə təmin olunmayıb.
Qaynar.info
_____
12:34
Şirvan Apelyasiya Məhkəməsində Müsavat Partiyası Lənkəran təşkilatının sədri, partiya başqanının müşaviri Yadigar Sadıqovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı verilən apelyasiya şikayətinə baxılıb.