Xəbər lenti

Xalid Kazımlıya xəbərdarlıq edildi - FOTO
Ölkə09:16 19.02.2014

Xalid Kazımlıya xəbərdarlıq edildi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Musavat.com-un baş redaktoru Xalid Kazımlı Bakı şəhər Prokurorluğundan qayıdıb. 

Onun Musavat.com-a verdiyi məlumata görə, şəhər prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüb.  Fazil Həsənəliyev baş redaktora bildirib ki, 18 fevral 2014-cü il tarixdə Musavat.com saytında yerləşdirilmiş "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıda prokurorluq orqanlarının nüfuzuna xələl gətirən ifadələr yer alıb. 

O, bunun yolverilməz olduğunu bildirib və təkrarlanmaması istəyini ifadə edib. Daha sonra Musavat.com-un baş redaktoruna xəbərdarlıq məktubu təqdim edilib. Məktubda "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsini rəhbər tutaraq xəbərdarlıq edilir ki, "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunun 45-ci maddəsinə müvafiq olaraq həüqiqətə uyğun olmayan məlumatlar barədə təkzib verilsin. 

Şəgər prokurorunun müavini X. Kazımlıya Yasamal rayonu ərazisində baş verən səs-küylü yol qəzasında iştirak edənlırin adlarının açıqlayıb. Bunlar Əzimov İlqar Yusif oğlu və Pəryab Fərid Adil oğludur. Xəsarət alanın İ. Əzimov olduğu bildirirlir. Qəzaya səbəb olan "Mercedes-Gellenvagen"i isə Fərid Pəryab idarə edib.

Qaynar.info