Xəbər lenti

Xalidə Xalid Azərbaycan tərəfinə təhvil verildi
Ölkə09:46 22.05.2013

Xalidə Xalid Azərbaycan tərəfinə təhvil verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilib.

APA-nın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Səfir onların Azərbaycana nə vaxt qayıdacağı barədə məsələyə Baş Konsulluğun aydınlıq gətirməli olduğunu qeyd edib.

Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğundan isə hələlik heç bir açıqlama verilmir.

Qeyd edək ki, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

Hər iki şəxsin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərliyi etdiyi nümayəndə heyəti ilə birlikdə Bakıya qayıdacağı gözlənilsə də, onlar nümayəndə heyəti ilə gəlməyiblər.

Xatırladaq ki, dünən İranın Xarici işlər nazirliyinin sözçüsü Abbas Əraqçı Azərbaycanda həbsdə olan İran vətəndaşı Mikayıl Kazıminin də tezliklə azad olunacağına ümid etdiklərini bildirib.

Qaynar.info