
İranda həbs edilmiş iki Azərbaycan vətəndaşı artıq sərbəst buraxılıb.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyindəki mənbə açıqlama verib.
Mənbənin bildirdiyinə görə, hazırda Azərbaycan vətəndaşlarının ölkələrinə qaytarılması üçün prosedura işlərinin başlanıldığı və ən qısa zamanda onların ölkələrinə təhvil veriləcəyi gözlənilir.
Qeyd edək ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.
Qaynar.info