Xəbər lenti

Xaliə Xalid ETTELAAT-ın nəzarətində saxlanılır
Ölkə06:51 07.05.2013

Xaliə Xalid ETTELAAT-ın nəzarətində saxlanılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ramin Mehmanpərəst Azərbaycan vətəndaşlarının İranda həbs olunmasına münasibət bildirib.

Xalidə Xalid və Şamxal Hüseynov ETTELAAT-ın nəzarətində saxlanılır

AMEA-nın Təbrizdə həbs olunan elmi işçisi Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov ETTELAAT-ın nəzarətində saxlanılır və onların işi araşdırılır.

APA-nın “iribnews”-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün keçirdiyi həftəlik mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib.

Onun sözlərinə görə, İranda qanundan kənar və qeyri-adi hərəkətlər törədən xarici vətəndaşların hər bir hərəkətini İran təhlükəsizlik qüvvələri diqqətlə izləyir və onlara qarşı tədbirlər görülür.

R. Mehmanpərəstin sözlərinə görə, İran və Azərbaycan rəsmilərinin iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olmalarına və buna çalışmalarına baxmayaraq, bəzi ifratçı şəxslər və qüvvələr iki ölkə arasında yaxşı münasibətləri korlamağa çalışır.

Qaynar.info