Xəbər lenti

Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq
Ölkə17:17 30.07.2018

Xalq artisti II Fəxri Xiyabanda dəfn olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi sabah Bakı Musiqi Akademiyasında keçiriləcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.
O bildirib ki, bəstəkarla vida mərasimi sabah saat 12-dən 14-dək davam edəcək.
Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.
Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq