Xəbər lenti

Xalq artisti Ramiz Quliyev reanimasiyaya yerləşdirildi
Ölkə 20:41 29.09.2025

Xalq artisti Ramiz Quliyev reanimasiyaya yerləşdirildi

Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə APA-ya onun oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, Ramiz Quliyev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti əvvəlkindən nisbətən daha yaxşıdır.

"Atamın vəziyyəti ilə bağlı Heydər Əliyev Fonduna müraciət etdim. Sağ olsunlar, müalicəni öz üzərlərinə götürdülər. Hazırda vəziyyəti nisbətən stabildir”, – deyə Əyyub Quliyev bildirib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->